XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 16:25

Cahangir Əsgərovdan yeni əmr: 3 nəfər azad edildi, yeni təyinatlar oldu –Dopinq qalmaqalı

cahangir_esgerov.-

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində dəyişikliklər olub. 

AAAF-ın mətbuat xidmətindən verilən məlumata görə, qurumun prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev yeni vitse-prezident, Rizvan Rəsulov isə baş katib təyin edilib. Rəsulov bu postda Yavər Hacıyevi əvəzləyib.

Yığmamızın “sükanı arxası”na yeni baş məşqçi gətirilib. Bundan sonra əsas komandamıza rəhbərliyi Tofiq Heydərov edəcək. O, bu postda Nizami Paşayevi əvəzləyib.

Yeni vəzifələrə təyinatdan sonra Əsgərov müşavirə keçirib və idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadə olunmasının təkrarlanmamağına qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Xatırladaq ki, bir neçə həftə əvvəl  6 ağırlıqqaldıranımız dopinqə görə cəzalandırılıb, onlar yarışlarda iştirak haqqından məhrum ediliblər.