XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 06:46

Avropa Oyunlarının Bağlanış Mərasimi günü hansı yollar bağlanacaq?

yol_1.png

İyunun 28-də Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 02.00-a qədər məhdudlaşdırılacaq. Bu barədə Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən məlumat verib.

Məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsinda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Strateq.az