XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 20:58

Corc Soros:"Rusiya dünya gücünə çevrilir"

Amerikalı milyarder Corc Soros Avropa Birliyinin dağılmaq üzrə olduğu bir vaxtda Rusiyanın dünya gücünə çevrildiyini bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Soros bunu Londonda Mixail Xodorkovskinin təşkil etdiyi tədbirdə deyib.

Sorosun sözlərinə görə, son proseslər ona Sovetlər Birliyinin dağıldığı, Avropanın isə çiçəklənərək böyüdüyü vaxtları xatırladır.

Amerikalı maliyyəçi onu da bildirib ki, Beynəlxalq Valyuta Fondu vaxtında onun məsləhətinə qulaq assaydı, hökumətlərə yox, konkret problemlərin (pensiya sahəsində islahatlara, işsizliyin aradan qaldırılmasına) həllinə vəsait ayırsaydı, Rusiya ilə münasibətlər fərqli istiqamətdə inkişaf edərdi.  

Soros hesab edir ki, bu gün Avropa Birliyinin taleyi heç vaxt olmadığı qədər Ukraynanın gələcəyindən asılıdır.