XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 21:43

Nazarbayev təşviş içində:Prezident Administrasiyasına yeni rəhbər təyin etdi, paytaxt merini dəyişdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, 61 yaşlı Adilbek Caksıbekovdur. 

Caksıbekov bundan əvvəl də (2004-2008) bu vəzifəni tutmuş, sonradan Astana administrasiyasına rəhbərlik etmişdi. 

Prezident Administrasiyasının keçmiş rəhbəri Nurlan Niqmatulin isə Qazaxıstan parlamentinin aşağı palatasına deputat təyin edilib. Onun parlamentdə spiker vəzifəsini tutacağı bildirilir. Belə ki, parlamentin spikeri Baktıkoca İzmuxambetov bu postu tərk edib.

Daha bir təyinat Sərmayə və İnkişaf Nazirliyində olub. Nazir Aset İsekeşev Astanaya mer təyin edilib. Onun müavini Jenis Kasımbek isə nazir postuna gətirilib. 

Yüksək dairlərdəki bu kadr dəyişikliyinin ölkədə ciddi etirazlara səbəb olan iqtisadi böhran, həmçinin Aktobedə baş verən son teraktla bağlı olduğu bildirilir.

Qeyd edək ki, Aktobe olayları Nazarbayevi devirmək cəhdi kimi qiymətləndirilmişdi.