XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 01:17

Ankaranın 9 bəndlik “yol xəritəsi”nə ekspert rəyi:"Kremlin ağlı olsa, qəbul edər"

erdoqan-putin-09

Məlum olduğu kimi, Türkiyə hökuməti Rusiya ilə münasibətləri normallaşdırmaq və iki ölkə arasındakı münasibətləri təyyarə vurulmadan öncəki vəziyyətə gətirmək üçün 9 maddəlik “yol xəritəsi” hazırlayıb.

Strateq.az xəbər verir ki, "yol xəritəsi"ylə bağlı fikirini açıqlayan ekspert Elxan Şahinoğlu həmin 9 maddəni nəzərdən keçirdiyini deyib:

"Kremlin ağlı və məntiqi olsa, Ankaranın təklif etdiyi “yol xəritəsini” qəbul edər.

Söhbət yalnız təyyarənin vurulmasına görə üzr istənilməsindən getmir. Ankara “yol xəritəsi” ilə bağlı birbaşa Moskva ilə təmasa keçmək istəyir, hansısa üçüncü dövlətin vasitəçiliyinə ehtiyac duymur. Çünki Ankarada düşünürlər ki, vasitəçinin köməyi ilə Kremllə aparılan dialoq məsələni uzada bilər".

Ekspert deyir ki, Ankaranın məqsədi “yol xəritəsi” əsasında ilin sonuna qədər Rusiya ilə münasibətləri tam nizamlamaqdır:

"Bu ayın sonunda Türkiyə İsraillə münasibətləri normallaşdıracaq sənədə imza atacaq. Həmin sənəd də xeyli müddətdir tərəflərin üzərində işlədiyi “yol xəritəsinə” əsaslanır. “Yol xəritələri"nin üstünlüyü ondadır ki, tək bir problemin həllini ehtiva etmir, məsələyə geniş baxır və strateji əməkdaşlığa yön verir".

Strateq.az