XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 11:01

Avropa Birliyindən 6 milyardlıq layihə- Qərb miqrasiya böhranından qurtulmaq istəyir

Yaxın 5 ildə miqrasiya böhranı ilə mübarizə üçün 6 milyard avro xərclənəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi çoxmilyardlı sərmayələr vasitəsilə Avropaya qaçqın axınını önləməyə çalışır.

«Süddeutsche Zeitung» qəzetinin yazdığına görə, Avropa İnvestisiya Bankı (EIB) Avropa Birliyi hüdudlarından kənardakı layihələrə əvvəlki illərdə olduğundan iki dəfə artıq sərmayə yatıracaq.

EIB-nin rəhbəri Verner Xoyer bildirib ki, Avropa qaçqınları qəbul edən və miqrasiya böhranı ilə mübarizədə həlledici faktora çevrilən ölkələri dəstəkləməkdə davam edəcək. 

Eyni zamanda İordaniya, Livan, Albaniya və Misirə də sərmayə yatırılacaq. Bu ölkələrdə məktəblər, səhiyyə müəssisələri tikiləcək, içməli su problemi ilə bağlı problemlərin həllinə çalışılacaq.