XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 08:11

Ayətulla Xamneyi “qırmızı xətləri” göstərdi

xamneyi.jpg

İranın dini lideri ayətulla Xamneyi Tehranın nüvə proqramı ilə bağlı “Altılıq ölkələri”ylə (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, çin, Almaniya) danışıqlarda “qırmızı xətləri” müəyyənləşdirib. Dünən televiziya çıxışında Xamneyi bildirib: “Söhbət nüvə tədqiqatlarının və bu sahədə inkişafın 10 il müddətinə dayandırılmasından gedir. Bu, yolverilməzdir”.

Onun sözlərinə görə, Tehranla nüvə prqoramı ilə bağlı anlaşma imzalanan zaman İrana qarşı tətbiq olunun bütün maliyyə və iqtisadi sanksiyalar dərhal götürülməlidir.

Xatırladaq ki, bu il 2 apreldə İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramı ilə bağlı Tehran və “Altılıq ölkələri” (ABŞ, Rusiya, çin, Fransa, Böyük Britaniya, Almaniya) arasında çərçivə razılaşma imzalanıb.

Lozannada, həmçinin 30 iyunda İranla “Altılıq ölkələri” arasında texniki əlavələr də daxil olmaqla yekun razılaşmanın imzalanması barədə razılıq əldə olunmuşdu.

Artıq İranla Qərb ölkələrinin nüvə proqramı ilə bağlı yekun razılaşma imzalanması üçün Lozannada müəyyənləşdirilən tarixə 6 gün qalıb. Bir neçə gün əvvəl Vyanada İranla “Altılıq ölkələri” təmsilçiləri arasında danışıqların növbəti raundu baş tutub. 24-25 iyunda isə danışıqların davam etdirilməsi nəzərdə tutulur. Hələ ki, 30 iyunadək danışıqların yekunlaşıb-yekunlaşmayacağı ilə bağlı birmənalı açıqlamalar verilmir.

Strateq.az