XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2015 - 09:33

Müxalifət funksionerləri Elçibəyin məzarını ziyarət edib – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 77-ci doğum günüdür.

Hazırda Fəxri Xiyabanda bir neçə müxalifət lideri Elçibəyin məzarını ziyarət edir. Onlar arasında Müsavat Partiyasının, KXCP-nin, Azad Demokratlar Partiyasının, Azərbaycam Xalq Partiyasının, Milli Demokrat Partiyasının (Boz Qurd) funksionerlərini görmək mümkündür.

Hafta.az-ın məlumatına görə, KXCP sədri Mirmahmud Fəttayev, Müsavat lideri İsa Qəmbər, partiya başqanı Arif Hacılı, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, AXP sədri Pənah Hüseyn, Azadlıq hərəkatının liderinin məzarı önündə çıxış edib, onun xatirəsini yad edərək ruhuna dualar oxuyublar. Ziyarət mərasimi iştirakçıların, Azərbaycan Respublikasının dövlət himnini oxuması ilə başlayıb.

Mərasimdən fotoları təqdim edirik: