XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 10:46

İrandan Türkiyəyə 10 milyardlıq jest

İran Türkiyəyə heç bir tenderə girmədən 10 milyard dollarlıq iş təklif edib. ölkənin Ankaradakı səfiri Əli Rza Bikdeli İqtisadiyyat Müxbirləri Dərnəyinin üzvləriylə söhbəti zamanı bu barədə danışıb. Səfir bildirib ki, İranla Türkiyə arasında imzalanan Güzəştli Ticarət sazişi bu ilin əvvəlindən başlayaraq qüvvəyə minib: “Bu anlaşmayla iki ölkə arasındakı ticarət həcmi 10% artıb”.

Diplomat onu da deyib ki, bu il “Bergiz” adlı bir türk şirkəti tenderdən Təbriz-Bəzirgan yolunun inşası üçün 1 milyard dollarlıq iş qazanıb. Bu, hələ tenderlə qazanılacaq “para”dır. İran Yol nazirliyi isə tendersiz dəTürkiyəyə, ən azı, 10 milyard dollarlıq iş vermək istəyir. Təklif edilən işlər tikinti sektoru ilə bağlıdır və yol, dəmir yolu, liman və hava limanlarının inşasının Türkiyəyə verilməsini nəzərdə tutur.

Ekspertlər İranın bu jestini yalnız iqtisadi səbəblərlə bağlamır, alınan qərarda həm də iki ölkə arasında beynəlxalq münasibətləri normallaşdırmağın arzulandığına inanırlar. Əslində İranın bu layihələri tendersiz Türkiyəyə həvalə etməsi də bu addımın sırf iqtisadi səbəbdən atılmadığı fikrini təsdiqləyir.

Xatırladaq ki, İranla Qərbin nüvə razılaşması regionun digər dövlətlərini narahat edirdi. Həm Səudiyyə Ərəbistanı, həm İsrail, həm də Türkiyə bu barədə fikirlərini açıq dilə gətirir, ABŞ-ı İranı nüvə ölkəsinə çevirməkdə qınayırdılar. Görünür, İran bölgənin ən önəmli hərbi güclərindən olan Türkiyəni yanına çəkməklə potensial nüvə gücünün ona qarşı olmayacağını göstərmək və regionda yaranmaqda olan anti-İran müttəfiqliyini beşikdəcə boğmaq istəyir.

Heydər Oğuz

Strateq.az