XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 17:59

Ermənistandan rəsmi Bakının 5+2 rayonun qaytarılması xəbərinə –Reaksiya

nalbandyan-2

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib edib.

"Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, Nalbandyan Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun heç bir danışıqlarda, o cümlədən Sank-Peterburq danışıqlarında iştirak etmədiyini bildirib: "Son görüşdə o, ancaq naharda iştirak edib. Qarabağ məsələsinin nizama salınmasına gəlincə, onun əsasında DQR (qondarma) əhalisinin öz müqəddəratını təyin etmə haqqı dayanmalıdır”.

Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib:

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər".