XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 18:37

Rəsmi Bakı Rusiyanın, yoxsa Ermənistanın “nəbzi”ni yoxlayır? –Ekspertdən təhlil

elxan-sahinoglu-esas

Prezident administrasiyasının rəsmisi Novruz Məmmədovun bugünkü açıqlaması az qala sensasiyaya səbəb olub.

Məmmədovun sözlərinə görə, Sankt-Peternurqda danışıqlar məhz “mərhələli həll” planı əsasında aparılıb, yəni ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır, azərbaycanlılar geri qayıdır, məhz bundan sonra referendumla bağlı müzakirələr başlayır.

Strateq.az xəbər verir ki, Qarabağ münaqişəsiylə bağllı bu variantı politolloq Elxan Şahinoğlu Azərbaycan üçün ən ideal variant sayır:

"Ancaq mən danışıqların məhz bu istiqamətdə getdiyinə, o cümlədən Ermənistan prezidentinin həll planına bu şəkildə qəbuluna hazır olduğuna şübhə edirəm. Axı nə görüşdən əvvəl, nə də sonra danışıqların məhz “mərhələli həll” planına söykəndiyinə dair biz heç bir işartı almadıq. Əksinə, həm rusiyalı, həm də erməni rəsmilər ”atəşkəsin uzunömürlüyündən və sığortalanmasından”, “insidentlərin araşdırılması mexanizmindən” danışdılar.

Bəs elə isə Novruz Məmmədovun optimist açıqlaması nə dərəcədə reallığı əks etdirir və nəyə hesablanıb?".

Ekspert deyir ki, birincisi, Novruz Məmmədovun açıqlamasının hakimiyyət mətbəxində hazılandığına inam var:

"Məqsəd Ermənistan və Rusiya siyasi elitasının nəbzini yoxlamaqdır. Erməni cəmiyyəti Novruz Məmmədovun açıqlamasına inansa, prezidentləri Serj Sərkisyanı satqınlıqda ittiham edəcəklər.

Bizə də elə bu lazımdır ki, Ermənistanda xaosun miqyası artsın.

İkincisi, Novruz Məmmədovun dili ilə rəsmi Bakı Rusiya hakim elitasının reaksiyasını yoxlayır. Məsələ burasındadır ki, rusiyalı rəsmilər üçün Novruz Məmmədovun açıqlamasını nə təsdiq, nə də inkar etmək çətindir. Məmmədovun sözlərini təsdiq etmək Ermənistanı cəmiyyətinə yanlış mesaj göndərməkdirsə, inkar etmək Azərbaycanın ərazi bütövlüyünü sual altına almaqdır. Kreml nə birincisini, nə də ikincisini istəyir. Odur ki, məncə, Norvuz Məmmədovun açıqlaması danışıqlarda reallığı əks etdirməsə də, informasiya savaşında istifadə oluna biləcək elementdir".

Politoloq onu da qyd edib ki, Məmmədovun bu mesajından bir müddət keçdikdən sonra Azərbaycan cəmiyyəti də "Bəs nə oldu, niyə rayonlar boşaldılmır?" sualını qoya bilər.