XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 19:27

“Düz qarşımda oturan sən deyildinmi?” –Novruz Məmmədovdan Nalbandyana sərt mesaj

"Nalbəndyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?".

Strateq.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

O, Ermənistanın xarici işlər naziri Nalbandyanın "Novruz Məmmədov heç bir danışıqlarda, o cümlədən Sankt-Peterburq danışıqlarında iştirak etməyib. Son görüşdə o, ancaq naharda iştirak edib", – sözlərinə isə belə cavab verib: "Mənim görüşdə iştirakıma gəldikdə isə, bəs, düz qarşımda oturan o (Nalbandyan -red.) deyildi?".

Novruz Məmmədov daha sonra Nalbandayana ismarıc da göndərib: "Cənab nazir, yalan-yalan, bu, lap ağ eləmək oldu axı".

 Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu gün açıqlama verərək, Sank-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib:

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər".

Strateq.az