XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 11:25

Gömrük Komitəsinin sədri şikayətləri dinləyib

aydin_eliyev-44.jpg

Bu gün Dövlət Gömrük Komitə­sinin (DGK) sədri, gömrük xidməti gene­ral-leytenantı Aydın Əliyev Qazax şəhərin­dəki Şahmat Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətlə­ri­nin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qay­daları ilə bağlı olub.

Qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uy­ğun həlli barədə müvafiq strukturların rəh­bərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıq­ları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid ol­mayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qey­diyyata alınıb və nəzarətə götürülüb.

Strateq.az