XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 00:53

Bu gün Roma Papası FransiskinErmənistana səfəri başlayır

Roma Papasi

Roma Papası Fransiskin Ermənistana səfəri bu gun başlayacaq.  Səfər proqramına əsasən Yerevanın “Zvartanoç” hava limanında Roma papasının rəsmi qarşılanma mərasimi keçiriləcək. Ermənistan prezidenti Serj Sarkisyan papanı hava limanında şəxsən qarşılayacaq.

Bu gün həmçinin Prezident sarayında S.Sarkisyanla papa Fransiskin görüşü baş tutacaq. Roma papasının Ermənistanın ictimaiyyəti ilə görüşü də planlaşdırılıb.

Roma papası Eçmədzin kilsəsinə də baş çəkəcək.

Rsmilər bidiriblər ki, Yerevanda 50-60 min nəfərə papa Fransiski salamlamaq və onun  dualarını eşitmək imkanı yaradılacaq.

Roma papasının qonadrma erməni "soyqırımı" ilə əlaqədar yaradılmış muzeyə də baş çəkəcək.

Qeyd edək ki, Roma-Katolik kilsəsi başçısının Ermənistana ilk səfəri 2001-ci ildə baş tutmuşdu. O zamnkı papa II İohan Pavel Yerevana gəlmişdi.

Qeyd edək ki, ötən il papa Fransisk  Türkiyədə 1915-ci il hadisələrindən bəhs edərkən soyqrım sözünü işlətmişdi.

Papanın Ermənistana səfərini şərh edən Vatikanın mətbuat katibi Peder Federico Lombard jurnalistlərə açıqlamasında demişdi ki,  qorxulu bir “qətliam” yaşandığını heç kim inkar etmir: "Ona görə də “erməni soyqırımı” abidəsini ziyarət edəcəyik. Ancaq siyasi və sosioloji bir tələyə düşmək istəmirik. Mən “böyük fəlakət” ifadəsini işlətməyə davam edəcəyəm. Çünki ermənilər də bu ifadəni istifadə edirlər”.  

 Lombard  deyib ki, 2001-ci ildə Papa 2-ci  Pavel və 2-ci Qaragin arasında imzalanan ortaq bəyanatda “soyqırım”  ifadəsi yer alıb. “Bu ifadə keçən müddət ərazində Vatikanda ermənilərlə bağlı təşkil edilən ayinlərdə səsləndirilib. Hazırda hər hansı ortaq bir bəyanatın səsləndirilməsi planlaşdırılmır. Amma bu mövzudan nəyinsə dəyişəcəyi ilə bağlı məlumatım yoxdur”.

Strateq.az