XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 01:25

Ərdoğan Avropa İttifaqını hədələdi

erdogan

Türkiyə Avropa İttifaqında üzvlük haqqında danışıqlara dair referendum keçirə bilər.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Reəcəb Tayyib Ərdoğan İstanbul Universitetində çıxış edərkən bəyan edib: “Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqı onu öz sıralarına qəbul etmək istəmir. Bu isə ayrı-seçkilikdir. Avropa İttifaqı Türkiyəni sərhədləri açması və qaçqınların Avropaya axın etməsi halında nə edəcəyini düşünməlidir”. 

Ərdoğan tələbələrə də müraciət edib. Tələbələrdən gözləntilərini açıqlayıb:  "Qəlbsiz bədən cəsəddən yalnız ibarətdirsə, köklərindən uzaqlaşma ilə karyera qurulması da eyni şəkildə mənasızdır, ruhsuzdur. Nəyin bahasına olursa olsun qazanmağın deyil, halallıqla qələbə əldə etmək üçün çalışacağınıza inanıram. Türkiyənin inkişafı üçün çalışmalısınız. Hamımız eyni gəmidəyik.  Şair nə deyir?  "Sən yanmasan, biz yanmasaq, zülmətlər işığa necə çıxar". Sizlər bu istiqamətdə çalışmasanız,  Türkiyə həfəflərinə necə catacaq?. Biz 2053-cü ilı görməyəcəyik. Əminəm ki, o günləri sizlər görəcək və gələcəyi siz quracaqsınız". 

Strateq.az