XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 13:21

Prezident özünün mətbuat katibinə orden verdi –SƏRƏNCAM

Azər_Qasımov

Azərbaycan Respublikası Prezidenti İham Əliyev Azər Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibidir.

 Azər Qasımov 22 iyun 1966-cı ildə Bakıda anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı iləPrezidentinmMətbuat katibi təyin edilib.

Dünən Azər Qasımovun 50 yaşı tamam olub.