XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

24 İyun 2015 - 13:45

Yeni dərs ili ilə bağlı dəyişiklik – Mikayıl Cabbarov əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı məlum olub.
Təhsil Nazirliyindən verilən xəbərə görə, Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri bu il sentyabrın 15-i başlayıb, gələn il iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür:
birinci yarımil – 15 sentyabr – 26 yanvar.
İkinci yarımil – 1 fevral – 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.