XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 18:05

Naxçıvanın baş naziri haqda sərəncam –Prezident imzaladı

Ilham Eliyev

Prezident İlham Əliyev bu gün daha bir sərəncam verib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Onu da qeyd edək ki,Əlövsət Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziridir.

 Əlövsət Baxşıyev 22 iyun 1956-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1992-1994-ci illərdə Şərur rayon xalq deputatları məclisi icraiyə komitəsinin sədri secilib.

1994-1998-ci illərdə Naxçıvan Muxtar Respublikasi Maliyyə Naziri, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasi iqtisadi inkişaf va Maliyyə naziri təyin edilib.

2000-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziridir. 2 çağırış Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin deputatı seçilib.(1990-1995, 1995-2000).

Ə. Baxşıyevin dünən 60 yaşı tamam olub.