XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 18:52

Rusiya Azərbaycana satdığı hərbi texnikaları açıqladı –SİYAHI

tank-rus-azerbaycan

Rusiyanın 2015-ci ildə Azərbaycana ixrac etdiyi silah və texnikanın sayı açıqlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiya Hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə satılan hərbi texnikalar və silah sistemləri barədə informasiyalar yer alıb.

Hesabatda qeyd olunub ki, rəsmi Moskva 2015-ci ildə Azərbaycana 25 ədəd T-90S tankının və 30 ədəd BMP-3 piyada döyüç maşınının ixracını gerçəkləşdirib. Bundan başqa, Azərbaycana 12 ədəd TOS-1A “Solntsepyok” ağır odatanının satışı reallaşdırılıb.