XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 21:51

Daxili İşlər Nazirliyinin əsasnaməsində –Dəyişiklik

DIN

Bu gün Prezident İlham Əliyev  "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə daha bir fərman verib. 

Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697, № 12, maddə 1474; 2016, №3, maddə 434) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər olunaraq,  3.1.35-1-ci və 4.1.13-1-ci yarımbəndlər əlavə edilib:

"3.1.35-1. ictimai asayişin qorunmasında vətəndaşların iştirakını təşkil edir;”;

“4.1.13-1. vətəndaşları ictimai asayişin qorunmasına cəlb etmək və onlarla əməkdaşlıq haqqında müqavilə bağlamaq;".

5.3.14-cü yarımbəndə "əmək müqavilələrinin" sözlərindən sonra ", ictimai asayişin qorunmasına cəlb edilən şəxslərlə müqavilələrin" sözləri əlavə edilsin.

 5.3.15-ci yarımbəndə "hərbi qulluqçuları" sözlərindən sonra ", habelə ictimai asayişin qorunmasına cəlb edilən şəxsləri" sözləri əlavə edilsin.