XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 23:51

Azərbaycanda qeyri-adi olay –Məhkəmə sədri məhkəməyə verildi

aqil-layicov

Bir qrup vəkil və hüquqşunas Qaradağ Rayon Məhkəməsinin sədri Araz Kazımovu məhkəməyə verib.

Vəkil Aqil Layıcovun verdiyi məlumata görə, buna məhkəmə sədrinin prokuror və polisdən fərqli olaraq, vəkillərə ağıllı telefonlarla məhkəmə binasına girməyi qadağan etməsi, məhkəmə binasında olan proseslərə açıq-aydın müdaxiləsi və proses zamanı hakimlərə göstəriş verməsi, etik davranış qaydalarını pozması və s. səbəb olub.

“Sonuncu dəfə bir hakimin prosesinə daxil olan məhkəmə sədrinin telefonu verməyən vəkili prosesdən çıxarmaq istəməsi, məhkəmənin gedişatını pozması və hakimə göstərş verməsi bizim məhkəməyə müraciətimizi tezləşdirdi”, – A.Layıcov deyib.

A.Layıcovun sözlərinə görə, əvvəllər məhkəmə binasına və proseslərə vəkillərin ağıllı telefonlarla girişi məhdudlaşdırılsa da, bu qeyri-rəsmi, ədalətsiz qərar məhz Ədliyyə naziri Fikrət Məmmədovun müdaxiləsi ilə aradan qaldırılıb:

“Telefon proses zamanı daha çox qanunvericilik bazasının baxılması, intervalların qeydiyyatı üçün lazım olur. Ağıllı telefonun funksionallığı həm də kompüteri əvəz edir. Bu qadağa ədalət mühakiməsinin həyata keçirildiyi binada mülkiyyət hüququnu pozmaqla bərabər, vəkillərlə prokurorlar, müstəntiqlər, polislər arasında ayrı-seçkiliyə gətirib çıxarır. Çünki polisə, prokurora, müstəntiqə icazə verildiyi halda vəkilin telefonunun əlindən alınmasının başqa adı yoxdur”.

A.Layıcovun sözlərinə görə, Qaradağ Rayon Məhkəməsinin sədri barədə Fikrət Məmmədova və Məhkəmə Hüquq Şurasına da müraciət edilib.

Axar.az