XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 13:07

Nazir Ramin Quluzadəyə 1-ci müavin təyin edildi –Nazirlikdə dəyişiklik

ramin

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyin aparat rəhbəri Əli Abdullayev nazir Ramin Quluzadənin 1-ci müavini olub(Qafqazinfo).

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu. O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildənHərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib. Bəzi iddialara görə, məhz komitə sədri Kərəm Həsənovunn təqdimatı ilə o, nazirlikdə aparat rəhbəri təyin edilib.

Xatırladaq ki, bəzi media orqanlarında yayılan məlumata görə, nazirin 1-ci müavini təyin edilən Əli Abdullayev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin kadrıdır. Sabiq nazir həbs edildikdən sonra isə o, həmyerlisi, komitə sədri Kərəm Həsənovun "bayrağı"na sığınaraq, özünə parlaq gələcək qura bilib…

Strateq.az