XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 02:15

“Britaniya iqtisadi baxımdan uddu” –İqtisadçı Oqtay Haqverdiyev

oktay-haqverdi

 

“Britaniya siyasi cəhətdən uduzsa da, iqtisadi baxımdan udub”.

Strateq.az Azadliq Radiosuna istinadla xəbər verir ki, bunu Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev Britaniyanın Avropa Birliyini tərk etməsinə münasibət bildirərəkən söyləyib.

Onun sözlərinə görə, son on ildə Böyük Britaniyanın bu qurumda xərcləri digər Avropa Birliyi ölkələri ilə müqayisədə bir neçə milyard artıq olub: “O, ölkələrin sponsoru kimi çıxış edirdi, indi pulu özünə qalacaq”.

O. Haqverdiyev funt-sterlinqin dollara nisbətdə 10 faiz dəyər itirməsini faciə saymır. Deyir ki, bu, valyuta bazarının siyasi qərara emosiyalı reaksiyasıdır, bir neçə günə funt-sterlinq öz dəyərini yenidən alacaq.

Oqtay Haqverdiyev deyir ki, Britaniyanın bu qərarı Azərbaycanla iqtisadi əlaqələrə heç bir mənfi təsir göstərməyəcək, çünki Azərbaycan Böyük Britaniya iqtisadiyyatının böyük sərmayəçisi deyil, Britaniya isə daha çox bp şirkətinin timsalında Azərbaycan iqtisadiyyatında iştirak edir.

"Bu münasibətlər isə neft tükənənə qədər davam edəcək", – keçmiş məmur belə düşünür.

Bəzi azərbaycanlıların İngiltərədə daşınmaz əmlak sahibi olmasına gəlincə, Oqtay Haqverdiyev hesab edir ki, bu, başqa müzakirənin mövzusudur, Britaniyanın Avropa Birliyi tərkibində qalıb-qalmamasından qaynaqlanan məsələ deyil: “Orda evləri olan, uşaqları həmin ölkədə oxuyan oliqarxlarımız var. Ancaq bu qərar avropadaxili məsələdir, bunun orda biznesi, əmlakı olan azərbaycanlılara dəxli yoxdur”.