XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 16:39

ABŞ “Asiyanın NATO-su”nu yaratmağa qərar verdi:Hədəfdə Çin var

 

carter

Asiya-Sakit okean ölkələrinin təhlükəsizlik problemlərinin müzakirə forumunda ABŞ Müdafiə Nazirliyi tərəflərə NATO bənzəri bir qurum yaratmaq təklifi verib.

Strateq.az xəbər verir ki, təklifin səsləndirildiyi forum Sinqapurda keçirilirmiş.

Üç gün davam edən Asiya-Sakit okean bölgəsi (APR) 15-ci illik hökumətlərarası təhlükəsizlik forumunda ABŞ Müdafiə naziri Karter Çinə qarşı “Asiya NATO-su”nun yaradılmasının vacibliyinə toxunub. Maraqlıdır ki, Asiya NATO-sunun da 28 üzvü olacağı gözlənilir. Avstraliyadan Vyetnama qədər ölkələri özündə birləşdirəcək alyansın  Asiyada təhlükəsizlik, Sakit okean bölgəsində hərbi rəqabət, dünyadakı qeyri-müəyyənlik qarşısında bölgə ölkələrinin müdafiə siyasəti, regional münaqişələrin nizamlanması və bölgədəki təhlükəsizlik sahəsində əməkdaşlıq kimi məsələləri qarşısına məqsəd qoyacağı təklif edilir.

Təklifi dilə gətirən Karterə görə, Asiya və Sakit okean bölgəsində döyüş, sülh və sabitliyin təmin edilməsi Avropadakı NATO-ya bənzər təşkilat tərəfindən həyata keçirilmir: “Bölgənin təhlükəsizliyi üçün isə belə bir hərbi alyansa ehtiyacı var”.

Qeyd edək ki, Çin və Hindistanın iqtisadi inkişafı və Pekinin dünya dəniz ticarət ticarətinin marşrutu üzərində yerləşən Şərqi Çin dənizində mövqelərini gücləndirməsi son zamanlar ABŞ-ı ciddi narahat edir və Vaşinqton dünya hegemonluğunu təhdid edən bu prosesin qarşısını almağa çalışır. Onun ötən il dünya ÜDM-nun 40%-ni özündə birləşdirən ölkələrdən ibarət Trans Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı yaratması da bu məqsəddən irəli gəlirdi. Görünür, iqtisadi əməkdaşlığın əsgəri qüvvəyə söykənmədən çox davam gətirə bilməyəcəyini düşünən ABŞ bu çatışmazlığı aradan qaldırmaq üçün “Asiyanın NATO-su”nu yaratmağa qərar verib.

Heydər Oğuz

Strateq.az