XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 İyun 2015 - 08:59

Ermənistanda öldürülən əsgərlərin anaları da ayağa qalxdı – Daha bir etiraz

Ermənistanda avtoritar Sarkisyan rejiminə qarşı fasiləsiz aksiyalar davam edir.

İyunun 25-də orduda ölən erməni əsgərlərinin valideynləri də ayağa qalxıblar. Onlar Prezident Administrasiyası və parlamentin binalarına doğru yürüş etməyə çalışsalar da, polis buna imkan verməyib.
Erməni mənbələrinin yaydığı məlumata görə, İrəvan polisinin rəis müavini Valeriy Osipyan valideynləri sakitləşməyə çağırarkən az qalıb ki, onlara yalvarsın.
O, “Mən sizi başa düşürəm, sizin vəziyyətinizi anlayıram, sizin yerinizdə olsaydım, özüm necə davranardım, bunu dəqiq bilmirəm. İnanın ki, biz sizi başa düşürük. Biz sizin əleyhinizə deyilik, inanın” – deyə, dil töküb.
V.Osipyan əsgər analarını aksiyanı növbəti gün keçirməyə çağırıb. Rəis müavini hətta Oktemberyan rayonundan İrəvana gəlmiş əsgər analarından birinə evinə qayıtmaq üçün kömək edəcəyinə də söz verib.
Ermənistan hakimiyyəti orduda müəmmalı şəraitdə ölən əsgərlərin valideynlərini sakitləşdirməklə elektrik enerjisinin tariflərinin artmasına etiraz olaraq, Baqramyan prospekti boyunca aksiya keçirənlərə növbəti dəstəyin gəlməsini əngəlləmək istəyib.
Əsgər anaları isə övladlarının qatillərinin “daxili düşmənlər” olduğunu bəyan edirlər və geri çəkilmək niyyətində olmadıqlarını bildirirlər.
Onlar bəyan ediblər ki, ordudakı cinayətlər açılmasa, erməni valideynlər övladlarını hərbi xidmətə gönədrməkdən imtina edəcəklər.
“Bu gün biz övladlarımızı orduya göndəririk. Amma onların sağ qayıdacağına əmin deyilik. Bizim uşaqlardan əsgər yox, “stabil çMO” hazırlayırlar”. Bizim övladlarmızı öldürürlər” – deyə oğlu orduda ölmüş erməni analarından biri vurğulayıb(Musavat.com).