XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 04:25

İranın dini liderindən maraqlı açıqlama:"İŞİD-in əsas vəzifəsi İranı zəbt və məhv etmək olub"

xamneyi-1

İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranı məhv etmək olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali dini lideri  Ayətullah Əli Xamenei bildirib.

“İŞİD terror qruplaşması  əsas vəzifəni həyata keçirmək üçün yaradılmışdı: İranı zəbt etmək və məhv etmək.  İraq və Şamın  (Suriyanın tarixi adı) işğalı bu məqsədə çatmaqda hazırlıq mərhələsi  olub. Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar, çünki onlar İranın  gücünü lazımınca qiymətləndirmirlər. İran onu dizi üstünə çökdürmək istəyənləri birinci çökdürəcək”, – deyə Xamenei bildirib.