XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 19:38

Roma papasının şərhiTürkiyəni qəzəbləndirib

sarksyan-roma-papasi

"Papa Fransiskin  Birinci Dünya Müharibəsi zamanı ermənilərin köçürülməsini qırğınını soyqırım adlandırması “Səlib Yürüşü mentalitetini” nümayiş etdirir. Papanın qeydlərinin “reallıqla heç bir əlaqəsi” yoxdur". Türkiyə baş nazirinin müavini Nurettin Canikli Papanın Yeravandakı açıqlamalarını şərh edərkən belə deyib.

Papa bu şərhini cümə günü Ermənistan paytaxtı Yerevana səfəri zamanı edib. “Bu faciə, bu soyqırım, təəssüf ki, keçən əsrdə baş vermiş böyük faciələrin başlanğıcını qoyub,” – o,  deyib. Lakin cənab Canikli şənbə günü buna cavab olaraq bildirib ki, Papanın dedikləri “təəssüf doğurur”. Papa Fransisik bu kəlməni keçən il də istifadə etmiş və Türkiyənin Vatikandakı səfirini müvəqqəti geri çağırmasına səbəb olmuşdu. O, bazar günü Ermənistana səfərini başa vurmazdan öncə Türkiyə ilə sərhəd bölgəsinə də səfər edib.

Papanın sentyabr ayında Gürcüstan və Azərbaycana gedəcəyi də gözlənilir.

Strateq.az