XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 20:08

Fransa prezidenti: “Almaniya və Fransa təşəbbüsü ələ almalıdır”

fransa-rus

Fransa prezidenti Fransua Olland Böyük Britaniyanın Avropa İttifaqından çıxmağa qərar verməsindən sonra Fransa və Almaniyanın təşəbbüsü öz əlinə almalı olduğunu bəyan edib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, F. Olland deyib ki, sıx münasibətlərinin olduğu dost, müttəfiq ölkə Avropa İttifaqından uzaqlaşmaq qərarı verib.

F. Olland bildirib ki, Almaniya və Fransa müharibə və dəhşətlərdən sonra dost münasibətlər qurmağı bacarıb və buna görə də bu iki ölkə təşəbbüsü öz əlinə almalıdır: “Biz birlikdə nəinki sülhə nail ola bilərik, eyni zamanda bu gözə ittifaqın – Avropa İttifaqının vətəndaşlarının hörmətinə nail ola bilərik”.