XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 00:58

Tramp müsəlmanların ABŞ-a gəlməsi ilə bağlıfikirini dəyişib

tramp-44

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Orlando şəhərində baş vermiş terror aktından sonra müsəlmanların ölkəyə  gəlməsi ilə bağlı fikirini dəyişib. İndi o, hesab edir ki, “terrorçu ölkələrdən” gələn müsəlmanların ABŞ-a  girişi yasaqlanmalıdır.  Bu barədə CNN telekanalı Trampın mətbuat katibi Xoup Xiksə istinadla məlumat yayıb. O, hansı ölkələrin nəzərdə tutulduğunu açıqlamayıb.

Bundan əvvəl isə Tramp CNN-ə müsahibəsində qeyd edtmişdi ki, terrorçuların çox fəal olduğu ölkələrdən belə müsəlmanlar ABŞ-a gələ bilərlər. Amma bunun üçün onlar ciddi yoxlamadan keçməli olacaqlar.

Xatırladaq ki, ötən ilin dekabr ayında Tramp özünün ən qalmaqallı açıqlamalarından birini vermişdi. San-Bernardinodakı atışmadan sonra o,  “müsəlmanların ABŞ-a girişinin bütünlüklə qadağan olunamasına” çağırmışdı.  Tənqidlərə cabında isə milyarder qeyd etmişdi ki, “İslam bizə nifrət edir”.

Strateq.az