XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 02:10

Yunanıstan daAvropa İttifaqından "boşanacaq"?

After adopting the euro, Greece borrowed huge sums of money. The country is now on the brink of a major default.

Britiyaniyadan sonra Avropa İttifaqından çıxmağa növbəti namizəd kimi Yunanıstan göstərilir.  Hazırda Yunanıstanda Avropa İttifaqi və Beynəlxalq Valyuta Fondunun təkidi ilə qəbul olunmuş sərt qənaət və iqtisadi islahatlar proqramından çox böyük narazılıq var. Afinanın ilk öncə avrozonadan, sonra Avropa İttifaqından çıxa biləcəyi ilə bağlı proqnozlar səslənir.

Bu məsələ ilə bağlı  BBC maraqlı material hazırlayıb.

Materialda qeyd edilir ki, sərt qənaət tədbiləri və aparılan islahatlara baxmayaraq, Yunanıstanın dövlət borcu azalmır, iqtisadiyyat isə tənəzzüldən çıxa bilmir.

Bundan başqa,  Yunanıstan milyonlarla miqrantın ölkəyə gəlməsi ilə yaranan miqrant böhranının nəticələrinin aradan qaldırılmasında Brüsselin kifayət qədər dəstək verməməsindən gileylənir.

Bu narazılıqlar keçirilən rəy sorğularının nəticələrində də aydın əks olunur. Pew Research Center təşkilatının iyun ayında keçirdiyi sorğunun nəticələrinə görə, yunanların 71% Avropa İttifaqına mənfi münasibət bəsləyir.  Yunanların 90% miqrantlarla və iqtisadi islahatlarla bağlı Avropa İttifaqının mövqeyindən narazıdır.

Britaniya isə çox mühüm presednt yaradıb.  Afina küçələrində daha çox insan Britaniyada keçirilən referendumun nəticələrindən razılıq edir.

Bununla belə Yunanıstan hökuməti Avropa İttifaqına üzvlüyün davam etməsinə tərəfdar çıxır.

Lakin “Brexit” dən sonra Yunanıstanda da proseslərin bu istiqamətdə cərayan edəcəyi riski yüksək olaraq qalmaqdadır.

Britaniydakı referendumdan sonra Afina birjasında indekslər daha çox aşağı düşüb. İnvestorlar riskli aktivləri satmağa tələsiblər. Bu isə yunan hökumətini çox narahat edir. Çünki, ölkəyə xarici investisiyalar çox vacibdir.  Bank sektoru daha çox əziyyət çəkir. Vəziyyət belə davam etsə, yeni böhran yarana bilər.

Bir çox yunanlılar isə Britaniya funt-sterlinqinin dəyərdən düşməsinin ölkə turizminə böyük ziyan vura biləcəyindən qorxurlar. İldə iki milyin britaniyalı Yunanıstana turist kimi gəlir. Funt-sterlinqin dəyərdən düşməsi isə bu turist səfərlərini bir çox britaniyalı üçün çox bahalı edib.

Yunanalar ümid edirlər ki, Britaniyanın qərarından sonra Brüssel Afinaya münasibətdə daha yumşaq və həssas mövqe tutacaq. Yunanların indiki vəziyyətdə Avropa İttifaqından əsas gözləntiləri məhz budur.

Əgər bu gözləntilər doğrulmasa, Afinanın da Avropa İttifaqından “boşanmaq” niyyəti gerçəkləşə bilər.

Strateq.az