XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2015 - 12:52

Həlak olan hərbçimiz tanınmış şərhçinin yaxın qohumu çıxdı: “İki körpəsi yetim qaldı”

Minaya düşərək həlak olan hərbçilərdən biri Musa Sabir oğlu Musayev tanınmış idman şərhçisi Pərviz Musayevin yaxın qohumudur.

Bu barədə Pərviz Musayev “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Musa Musayev əmisinin nəvəsidir:

“Təəssüf… Əmim nəvəsinin və digər hərbçimizin minalanmış sahədə meyiti tapılıb. İki körpəsi yetim qaldı. Allah rəhmət eləsin”.

Hərbçilərimiz iyunun 23-də itkin düşüblər. Hərbçilər itkin düşən zaman onların düşmən tərəfinə keçməsilə bağlı bəzi fərziyələr vardı. Pərviz Musayev həmin fərziyələrə də münasibət bildirərək, qeyd edib ki, əsgərlərimizin belə iş tutacağı mümkün deyil: “Könüllü şəkildə ermənilərə əsir düşmə ehtimalı sıfra bərabərdir. Adamın ailəsi, 2 körpə uşağı var. özünü də yaxşı tanıyıram”.

Xatırladaq ki, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilirdi.