XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 11:52

Türkiyə və İsrail arasında saziş bağlandı:Ankaranın bütün tələbləri qəbul olundu

mavi marmara

Türkiyə-İsrail ikitərəfli münasibətlərinin normallaşdırılması haqqında razılaşma dünən – 26 iyun tarixində Romada imzalanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, razılıq sazişində, demək olar ki, rəsmi Ankaranın irəli sürdüyü bütün tələblər tam və ya qismən qəbul edilib.

Mətndə İsrailin 2013-cü ilin mart  ayında Türkiyənin ilk tələbini yerinə yetirdiyini və mövcudluq tarixində ilk dəfə "xarici bir dövlətdən üzr istədiyi" vurğulanıb. Əldə olunan razılaşma çərçivəsində Türkiyənin təzminat şərti də İsrail tərəfindən qəbul edilib. Rəsmən təsdiqlənməyən məlumatlara görə, İsrail hadisə zamanı öldürülən xeyirsevərlərin ailələrinə təzminat üçün 20 milyon dollar pul ayırıb.

Türkiyənin əvvəldən bəri ən əhəmiyyətli şərt olaraq irəli sürdüyü embarqonun ləğvi barədə isə dəqiq heç bir məlumat olmasa da, İsrailin Türkiyənin Qəzzadakı humanitar vəziyyətə müdaxiləsini qəbul etdiyi bildirilir.

Əldə olunan razılaşmaya əsasən, Türkiyə Qəzzaya humanitar yardım daxil, mülki məqsədli vəsaitlər göndərə, bölgənin infrastrukturunun  qurulmasına və bərpasına investisiya qoya biləcək. Bu istiqamətdə Qəzza xalqının istifadəsi üçün yaşayış məskənlərinin inşa ediləcəyi və 200 yataqlı Türkiyə-Fələstin Dostluq xəstəxanasının ən qısa zamanda xidmətə açılacağı gözlənilir. Qəzza xalqının ən təcili ehtiyacları olan elektrik və içməli su probleminin həlli üçün yeni stansiyaların tilkiləcəyi də sazişin şərtlərindən biridir.  

Qeyd edək ki, 2010-cu ilin may ayında İsrailin Fələstinə qarşı tətbiq etdiyi embarqonu yarmaq üçün türk gəmisi “Mavi Marmara” Qəzza zolağına hümanitar yardım apararkən, İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalmışdı. Hücum beynəlxalq sularda baş vermiş və gəmidəki 10 xeyirsevər öldürülmüşdü. O zamandan etibarən, Türkiyə İsrail münasibətləri kəskin şəkildə pisləşmiş, Ankara Təl-əviv qarşısında 3 tələb qoymuşdu: hadisəyə görə üzr istənilsin, Qəzzaya qarşı tətbiq olunan embarqo ləğv olunsun və gəmiyə hücum zamanı zərər çəkmişlərə təzminat ödənilsin.