XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2016 - 12:29

“Erməni bağlılığını bir daha göstərmiş oldu” –Türkiyə XİN-dən Papaya sərt cavab gəldi

sarksyan-roma-papasi

Türkiyənin Xarici İşlər Nazirliyi Roma Papasının Ermənistanda qondarma soyqırımla bağlı verdiyi açıqlamaya sərt cavab verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliqyin bu gün yaydığı xüsusi bəyanatda deyilir:

"Papa Fransiskin 24-26 iyun 2016-cı il tarixində Ermənistana ziyarəti zamanı sözdə soyqırım abidəsinə getməsi, 1915 olaylarına dair xoşagəlməz açıqlamalar verməsi, erməni katolikosluğuyla imzalanan birgə bəyanatda 1915 olaylarına dair qəbuledilmez ifadələr səsləndirməsi, həmçinin dönüşdə yalan ve iftira olduğu sübut olunan ifadələr işlətməsi Papa Fransiskin 1915 olaylarına aid tarixi gerçəklərlə və hüquqla uyğunlaşmayan erməni bağlılığını bir daha göstərmiş oldu".

Strateq.az