Birinci Avropa Oyunlarının boks yarışlarının ilk çempionu məlum olub. Bu, qadınların yarışında 48-51 kiloqram çəki dərəcəsi üzrə mübarizənin finalında polşalı Sandra Drabiki məğlub edən Olimpiya çempionu, Böyük Britaniya boksçusu Nikola Adamsdır.
AZƏRTAC-ın məlumatına görə, həmin çəki dərəcəsi üzrə bürünc medallara türkiyəli Elif Coşkun və rusiyalı Sayana Saqatayeva layiq görülüblər.
Strateq.az