XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 13:39

BVF sədri:""Brexit" bəzi adamlara çox böyük pullar qazandırdı"

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard bildirib ki, dünya maliyyə birjaları Britaniyadakı «Brexit»in acı nəticələrini vaxtında düzgün qiymətləndirməyiblər.

Bununla belə, fond rəhbəri iqtisadiyyatda təşvişin yaranmadığını düşünür.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, K.Laqard bu barədə ABŞ-ın Kolorado ştatında keçirilən elmi konfransda açıqlama verib: «Birjalarda qəfil, sərt və miqyaslı hərəkətlənmə baş verdi. Funt sterlinq 10 faiz ucuzlaşdı. Bəzi adamlar çox böyük pullar itirdi. Bəziləri isə böyük pullar qazandı. Miqyaslı qeyri-stabillik olanda adətən bu cür hallar yaşanır».

BVF sədri dünya mərkəzi banklarının prosesə tam hazır olduğunu da qeyd edib.