XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 14:48

Merkel Britaniyaya görə AB-yə irad tutdu:"Kobudluğa ehtiyac yoxdu!"

Almaniya kansleri Angela Merkel "Brexit"lə bağlı danışıqlarda Avropa Birliyinin (AB) Britaniya ilə kobud davranmasına heç bir ehtiyac olmadığını bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel başqa ölkələri eyni addımı atmaqdan çəkindirməməyi də tövsiyə edib: «Heç kimi bu addımı atmamaq üçün dilə tutmaq lazım deyil».

Merkel qeyd edib ki, şəxsən o, Britaniyanın birlikdən ən qısa zamanda çıxarılmasına təkid etmir: «Bu, bir prosesdir. Düzdür, əbədi davam etməməlidir. Amma tezləşdirilməsini də istəməzdim». 

Xatırladaq ki, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirmişdi ki, Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı danışıqlar ən qısa zamanda başlamalıdır.