XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 15:42

Şotlandiya Britaniyanın tərkibindən çıxacaq?- Müstəqilliyə dair referendum istəyənlərin sayı açıqlandı

Şotlandların əksəriyyəti Britaniyanın tərkibindən çıxmaq üçün təkrar referundumun keçirilməsini istəmir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu iyunun 26-da «Survation» agentliyinin «Daily Record» və «Daily Mirror» nəşrlərinin sifarişi ilə keçirdiyi sorğunun nəticələri ortaya qoyub.

Respondentlərin 44,7% təkrar referendumun əleyhinə çıxıb. 13,4 faiz isə cavab verməkdə çətinlik çəkib. Şotlandiyanın müstəqilliyini istəyənlərin sayı 41,9 faiz olub.

Şotlandiyanın müstəqilliyinə dair 2014-cü ilin sentyabrında keçirilən referendumda əhalinin 55,3 faizi ölkənin Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi. Britaniyadakı son referundumda isə Şotlandiya əhalisinin 62 faizi «Brexit»ə (Britaniyanın Avropa Birliyindən çıxması) qarşı çıxmışdı.

Xatırladaq ki, Şotlandiyanın Nazirlər Kabineti Böyük Britaniyanın tərkibindən çıxmaq barədə yeni referendumun keçirməsi üçün qanunverici bazanın hazırlanması işlərini rəsmi olaraq təsdiqləyib. Bununla bağlı müvafiq qərar Nazirlər Kabinetinin növbədənkənar iclasında qəbul edilib.

Şotlandiya hökumətinin başçısı Nikola Stercenin sözlərinə görə, yaxın günlərdə bu məsələ ilə bağlı müzakirə qrupu yaradılacaq. O, eyni zamanda, hökumətin “Brexit” fonunda öz maraqlarını müdafiə etmək üçün Avropa Birliyi ilə təxirəsalinmaz müzakirələrə başlamaq niyyətində olduğunu da bildirib.

İyunun 23-də Böyük Britaniyada keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxması ideyasının tərəfdarları 51,9 faiz səslə qalib gəlib. Britaniya hökumətinin başçısı Devid Kemeron artıq payızda postundan getmək barədə qərar qəbul edib və xalqın iradəsinin yerinə yetirərək AB-ni tərk etməyi növbəti baş nazirin öhdəsinə buraxıb.