XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 17:25

Putinin istədiyi oldu:Ərdoğan üzr istədi!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlum təyyarə qalmaqalına görə Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Ərdoğanın Putinə göndərdiyi mesajda «Su-24» təyyarəsi ilə bağlı insidentə görə üzrxahlıq edilib: «Türkiyə prezidenti rus pilotun ölümü ilə nəticələnən insidentlə bağlı üzrxahlıq edib, mərhumun ailəsinə başsağlığı verib və yaranmış situasiyanın nizamlanmasında maraqlı olduğunu bildirib».

Peskovun dediyinə görə, mesajda Türkiyə prezidentinin üzr istədiyi açıq ifadə olunub.

Qeyd edək ki, Ərdoğan iki ölkə arasında yaranmış gərginliyin aradan qalxmasında maraqlı olduğunu desə də, əsla üzr istəməyəcəyini bildirirdi. O, Türkiyənin hava məkanını dəfələrlə pozduğuna və xəbərdarlıqlara məhəl qoymadığına görə bu məsələdə təqsirkar tərəfin Rusiya olduğunu bəyan edirdi.