XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 17:38

Putindən Kadırova böyük jest- Çeçen liderə məsul kürsü təklif olundu

kadirov-putin-1

Rusiya prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova daha bir jest edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin indi də Kadırovu Rusiya Dövlət Dumasında görmək istəyir. 

Artıq baş nazir Dmitri Medvedev bu təklifi Kadırova çatdırıb. Rusiya rəhbərliyi çeçen lideri, həmçinin Prezident Administrasiyası rəhbərinin müavini Vyaçeslav Volodini hakim «Vahid Rusiya» partiyasının deputat siyahısına daxil etməyi düşünür.

Dumanın iclasında çıxış edən Dmitri Medvedev bildirib ki, Volodin Volqoqrad, Saratov, Penzenski və Tambovski vilayətlərini əhatə edən 15-ci dairədə mübarizə apara bilər.

Siyahıda Ramzan Kadırovla yanaşı, İnquşetiya lideri Yunus-Bek Evkurov, Peterburqun qubernatoru Georqiy Poltavçenko və Moskva meri Serqey Sobyanin kimi, sürpriz adlar da var.