XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 18:30

“Adam özünü axmaqlığa qoyub…” –Fazil Mustafadan Roma Papasına kəskin cavab

fazilmustafa-223.jpg

Roma Papası Fransiskin"Mən azərbaycanlılarla Ermənistanda gördüyüm həqiqətlər haqda danışacağam,  o haqda ki, onları hiss etmişəm, habelə onları ruhlandıracağam. Mən onlara bunları deyəcəyəm: kiçik torpaq parçasına görə (Dağlıq Qarabağı nəzərdə tutur-red.) sülhü bərqərar etməmək – bunda möhtəşəm heç nə yoxdur, axı bu o deməkdir ki, nəsə qaranlıqdır, elə deyilmi?", – sözlərinə Azərbaycanın deputatından sərt cavab gəlib.

Strateq.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Roma Papasının  Azərbaycana gözlənilən səfəri və Ermənistandan dönərkən işlətdiyi sözləri axmaqlıq sayıb:

"Mən diplomatik qaydaları və gedişləri az- çox anlayıram. Ancaq bu məqamda düşünürəm ki, Roma Papası Fransiskin Azərbaycana gəlməsinin hansısa mənası qalırmı?

Adam özünü axmaqlığa qoyub bildirir ki, azərbaycanlılara başa salacağam ki, kiçik bir torpaq parçasına görə sülhdən uzaqlaşmaq olmaz. Yəni Dağlıq Qarabağdan imtina edib, ermənilərlə barışmaq lazımdır".

Fazil Mustafa bildirib ki, Roma Papası Emənistanda qondarma soyqırımı tanıyıb: "Hələ üstəlik Dağlıq Qarabağı ermənilərə verməyi təklif edir. Əvəzində süpürgəsini suya batırıb üstümüzə çiləməyindən başqa nəyi qalır?"".