XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 19:59

“Bakı -2015”: Bu gün hansı ölkələr sürpriz etdi? – CƏDVƏL

“Bakı-2015” I Avropa Oyunları davam edir. ANS PRESS-in məlumatına görə, artıq 154 dəst medal sahibini tapıb.

İlk pillədə Rusiya qərarlaşıb. Şimal qonşumuzun aktivində 59-u qızıl, 32-si gümüş və 32-si bürünc olmaqla ümumilikdə 123 medal var.

Milli komandamız 46 medal qazanıb. Onlardan 15-i qızıl, 13-ü gümüş, 18-i bürünc medaldı. Böyük Britaniya 14 qızıl, 6 gümüş, 14 bürünc medalla ilk “üçlüy”ü qapayır.

Oyunların 14-cü günü 3 ölkə üçün əlamətdar olub. Bu günə qədər qızıl medalı olmayan Avstriya ilki rəsmiləşdirməklə kifayətlənməyib, 2 çempionluq əldə edib. Avstriya Avropa Oyunlarında himni səslənən 26-cı ölkə oldu.

İki ölkə – Kosovo və İrlandiya isə ilk medalın sevincini yaşayıb. Bununla da Bakı-2015-də mükafat qazanan ölkələrin sayı 42-yə çatıb. Hələlik yalnız 8 yığma medala həsrətdi.

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 14 günündə ümumilikdə 648 – 194 qızıl, 194 gümüş, 260 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 26-si çempionluq sevinci yaşayıb.