XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 22:46

Ehtimal:Rusiya Ərdoğanın məktubunu   "interpretasiya " edib?

 

Türkiyə Rusiya arasında növbəti anlaşılmazlıq yaranıb.

Strateq.az xəbər verir ki, Rusiya Prezident Administrasiyası bu gün hər kəsi çaşdıran məlumat yayıb.

Məlumata görə, Ərdoğan rusiyalı həmkarına yazdığı məktubda  konkret “üzr istəyirəm” ifadəsindən istifadə edib.

 Düzdür, Rusiyanın açıqladığı mətndə bu ifadənin öldürülmüş pilotun ailəsinə ünvanlandığı bildirilsə də, Türkiyə tərəfi “üzr” kəliməsindən, ümumiyyətlə, istifadə olunmadığını israr edir. Prezident Ərdoğanın sözçüsü İbrahim Kalının bildirdiyinə görə, mətndə belə deyilib: "Həyatını itirən Rus pilotun ailəsinə bir dəfə daha acılarını paylaşdığımızı ifadə edir və başsağlığı diləklərimizi çatdırmaq istəyirəm; qüsura baxmasınlar".

Qeyd edək ki, Rusiya Prezident Administrasiyasının təqdim etdiyi mətndə isə bu cümlə belə təqdim olunur: "Mən bir daha həlak olan pilotun yaxınlarına başsağlığı verirəm və üzr istəyirəm". 

Hər iki tərəfin üzr məktubu haqqında bildirdiklərini qarşılaşdıranda ortaya bu nəticə çıxır: Deyəsən, Ərdoğanın məktubundakı “kusura baxmayın” kəlməsi ruscaya "Извините" şəklində çevrilib. 

 

 Heydər