XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 08:24

Həmas lideri:“Türkiyə ilə İsrail arasındakı razılaşma mütləq mənada şərdir”

Osama Hamdan, who handles foreign relations for Hamas, speaks during an interview with The Associated Press, in the southern suburb of Beirut, Lebanon, Wednesday May 2, 2012. Hamdan said the Islamic militant group has been holding secret political talks with five European Union member states in recent months. He also said that the talks with European government officials focus on the Hamas positions toward Israel and paralyzed Mideast peace efforts. (AP Photo/Hussein Malla) 

 

“Türkiyənin işğalçı İsraillə yaxınlaşma razılaşması Ankaranın öz qərarıdır. Bu qərarın Həmasla heç bir əlaqəsi yoxdur və sazişin bizim razılığımızla reallaşdırıldığı iddialarını rədd edirik”.

Strateq.az xəbər verir ki, bunu Həmasın Xarici Əlaqə məsələləri üzrə rəhbəri Usamə Hamdan Türkiyənin İsraillə imzaladığı razılaşmanı şərh edərkən bildirib.  

Həmas liderlərindən Xalid Qədduminin məsələyə münasibəti isə daha kəskin olub. "İşğalçı rejimlə əlaqələrin normallaşdırılması mütləq şərdir" deyən Qəddumi Həmasın mövqeyilə bağlı təşkilat liderlərinin fikirlərinə söykənməyən bütün açıqlamaları rədd etdiklərini söyləyib.

Qeyd edək ki, iki gün öncə bağlanan saziş Qəzzaya şamil olunsa da, bu coğrafiyanın faktiki siyasi hakimiyyətinin başında duran Həmasın taleyinə aydınlıq gətirilmir. Bu isə öz növbəsində Həmasın İsrailə qurban verilməsi kimi şərh olunur. Görünür, Həmas liderlərini də bu ehtimal narahat edir.

Digər tərəfdən Türkiyə ilə İsrail arasında razılığın əldə olunmasına Həmas adından təşəkkür mesajı yayılmışdı. Həmas liderlərinin səsləndirdiyi bu fikirlər isə yayılan xəbərin səhih olmadığını göstərir.