XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 11:02

“Həmas”dan Türkiyə-İsrail barışığına reaksiya:"Türkiyə xalqını hörmətlə anırıq”

erdogan-hemas

HƏMAS Türkiyə və İsrail arasında münasibətlərin tənzimlənməsinə görə Prezident Rəcəb Tayyip Ərdoğana təşəkkür edib.

Türkiyənin həm dövlət, həm də xalq olaraq Fələstinin yanında olduğunu qeyd edən HƏMAS blokada rejiminin qaldırılmasında bu ölkənin də səy göstərdiyini bildirib.

Açıqlamada həmçinin Qəzza bölgəsinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisi şəhidlərinə görə türk xalqına başsağlığı verilib:

“Biz HƏMAS olaraq, Fələstin xalqı uğunda canlarını fəda edən qəhrəman “Mavi Mərmərə” gəmisi şəhidlərini, yaralıları və bütün Türkiyə xalqını hörmətlə anırıq”.

Qeyd edək ki, Türkiyə və İsrail altı ildən sonra münasibətlərin tənzimlənməsi istiqamətində razılaşıb.

Axar.az