XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 11:17

“Üzr gecikmiş olsa da,…” –Rəsmi Moskvadan Ərdoğanın məktubuna xoş jest

matviyenko

Rusiyadan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubuna reaksiya verilib. 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ərdoğanın üzrxahalıq məktubunu şərh edib. 

O deyib ki, bu məktub Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün təməl ola bilər: "Üzr gecikmiş olsa da, heç olmamasından daha yaxşıdır. Zaman içərisində qarşılıqlı əlaqələrimiz müəyyən neqativ təsirlərə məruz qaldı, keçmişdəki inam itirildi. Yenə də bu məktub iki ölkə arasında bağların yenidən bərpası üçün əsas ola bilər". 

Matviyenko Vladimir Putinin təyyarə böhranından sonra yaşanan vəziyyətin Rusiyanın türk xalqına olan dostluq duyğularına təsir etmədiyini deyib: "Baş verən hadisənin fərqinə varılıb. Bunun üçün də məktubu ancaq müsbət qarşılaya bilərik"(ANS). 

Ötən gün Türkiyə prezidentinin Rusiya liderinə göndərdiyi məktub bütün dünyanın baş xəbərinə çevrilib. R.T.Ərdoğan V.Putinə göndərdiyi məktubda ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib. O, həyatını itirən rus pilotun ailəsinin kədərlərini paylaşdığını, başsağlığı verdiyini deyib.  Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olunması üçün çağırış edib. Türkiyənin baş naziri Binali Yıldırım yaxın günlərdə Ərdoğanın Putinə zəng edəcəyini də deyib. Onun sözlərinə görə, Türkiyə gərəkərsə, təzminat da ödəyə bilər.