XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 13:37

Samir Şərifovun yeni müavini kimdir? –İlginc faktlar (FOTO)

emin-maliyye-muavin

Xəbər verdiyimiz kimi, ölkə başçısının sərəncamı ilə Azərbaycanın maliyyə naziri Samir Şərifova yeni müavin təyin edilib.

24 iyun 2016-cı il tarixli sərəncamla nazir müavini postuna gətirilən Emin Zamin oğlu Hüseynov əvvəllər Azərbaycan Respublikası Mərkəzi Bankın tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktotu vəzifəsində çalışıb.

Strateq.az Modern.az-a istinadən nazir Samir Şərifovun yeni müavinin tərcümeyi-halını təqdim edir:

Emin Zamin oğlu Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin iqtisadiyyat üzrə magsitraturasını bitirib. 

Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlayıb. 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb.

2003-2005-ci illərdə yenidən Dünya Bankının Bakıdakı ofisində ölkə üzrə iqtisadçı vəzifəsində işləyib. 
2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunub. 2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirib. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktor vəzifəsinə təyin edilib. 

4 ilədək bu vəzifədə çalışıb.