XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 06:11

Türkiyədən 8.500 adam Suriya PKK-sına qoşulub

Bir sıra xarici siyasilər və qurumlar Türkiyəni İŞİD-ə ən çox yardım edən ölkələrdən biri olmaqda günahlandırırlar. Onların fikrincə, radikal dindarların əksəriyyəti qardaş ölkənin ərazisindən keçib terrorçu təşkilata qoşulurlar.

Xatırlayırsınızsa, hətta ABŞ-ın dövlət katibi Con Kerri də çıxışlarının birində bu ittihamları dilə gətirmiş və Türkiyənin sərt reaksiyası ilə üzləşmişdi.

Türkiyənin “Hürriyyət” qəzetinin xəfiyyə orqanlarına əsaslanaraq yaydığı məlumatlar isə tamamilə başqa tablonu ortaya qoyur. Qəzet yazır ki, Türkiyənin Milli Xəbəralma Təşkilatı bu ölkədən PKK-nın Suriya qanadına qoşulanlar barədə hesabat hazırlayıb. Hesabata görə, YPG-yə ABŞ, İngiltərə, Almaniya da daxil olmaqla 17 ölkə vətəndaşları qoşulub. Xüsusilə İŞİD-in Kobani hücumlarından sonra artan bu tendensiyada ən çox seçilən ölkə isə Türkiyə olub. YPG-yə qoşulan Türkiyə vətəndaşlarının sayı, ən azı, 8.500 nəfər imiş.

Onlardan 4000-ə yaxını əvvəldən PKK sıralarında olanlardır və Şimali Suriyada vəziyyət dəyişdikdən sonra öz soydaşlarına yardıma gediblər. 4.500 könüllü isə Kobaninin müdafiəsi zamanı Şimali Suriyaya keçib.

Şimali Suriya kürdlərinin İŞİD-ə qarşı mübarizəsində də ən çox fədakarlıq edənlər yenə Türkiyə əsllilərdir. Döyüşlərdə ən azı 690 türkiyəli yaralanıb və onlar ölkələrinə gətirilərək müxtəlif vilayətlərin xəstəxanalarında müalicə olunublar. Müalicələri tamamlandıqdan sonra onlardan 100 nəfər həbsə atılıb, digərlərinin məhkəmə prosesi davam edir.

PYG səflərində həyatını itirən türkiyəlilər də az olmayıb. Türk xəfiyyə orqanlarının təsbit etdiyi ölü sayı 173 nəfərdir. Onların da meyiti Türkiyəyə gətirilib dəfn olunub.

Xəfiyyə raportlarında kürd yaraqlılarının Türkiyə sərhəddi boyunca ələ keçirdikləri gömrük qapıları haqqında da məlumat verilib. Bildirilir ki, 13 sərhəd qapısından 6-sı artıq kürd yaraqlılarının əlindədir.

Heydər Oğuz

Strateq.az