XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 14:51

“Azərbaycan o sistemi hər an məhv etməyə hazırdır –General

yasar-aydemirov

“Ermənistan silahlı qüvvələrinin döyüş postlarında hansısa kamera nəzarət sisteminin olmasına inanmıram. Onlar montaj və yalançılıq işində yüksək səviyyədə peşəkardırlar”.

Bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

O, prezident Serj Sarkisyanın Ermənistan silahlı qüvvələrinin döyüş postlarında quraşdırılmış nəzarət kameralarından bizim mövqelərə baxmasını bu cür şərh edib:

“Yalan qurmaq, reklam etmək üçün ermənilər və Sarkisyan uydurma kamera görüntüsü yaradıblar. Əgər erməni tərəfi təmas xəttində, cəbhədə hansısa nəzarət kamerası quraşdırıbsa, Azərbaycan tərəfi o sistemi hər an məhv etməyə hazırdır. Erməni silahlı qüvvələri hər hansı bir kamera quraşdırmış olsa belə, bu sisteminin Azərbaycan üçün heç bir hərbi və təhlükəsizlik baxımından qorxusu ola bilməz”.

Yaşar Aydəmirov deyib ki, Ermənistan silahlı qüvvələrinin texniki idarəetmə sistemlərinin koordinatları Azərbaycan Ordusuna məlumdur.

General-leytenant hesab edir ki, Sarkisyanın bu cür kamera nəzarət görüntüsü yaratması daxili auditoriya üçün hesablanmış manipulyasiyadır və bu, erməni xalqını azdırmağa hesablanıb:

“Ermənilərin hansı səviyyədə hərbi, texniki idarəetmə sistemlərinin olması bizə yaxşı bəllidir. Bu cür kameralar əgər quraşdırılbsa belə, bu sadəcə görüntü və gözdən pərdə asmaq xarakteri daşıyır. Çünki bu gün Sarkisyanın həyata keçirdiyi uğursuz daxili və ordu siyasəti xalqın ayağa qalxmasına səbəb ola bilər. Buna görə də Sarkisyan öz döyüş postlarında bu cür yalançı və uydurma nəzarət kameralarının quraşdırılmasını göstərməklə xalqın gözündə qalxmaq istəyir”.

 Ehtiyatda olan general-leytenant bildirib  ki, erməni tərəfi təmas xəttində hər hansı kamera nəzarət sistemi qurmuş olsa belə, onu idarə etmək üçün qərargahlara birləşmək gücünə malik deyillər:

“Ermənistan silahlı qüvvələri bu cür kameraların quraşdırılması və idarə edilməsi üçün heç bir hərbi-texniki gücə malik deyil. Kameralarla təmas xəttinə nəzarət sistemi heç bir zaman Ermənistan silahlı qüvvələrinin hansısa komanda qərargah hissələri tərəfindən idarə edilə və baxış keçirilə bilməz. O qədər kamera quraşdıran şirkətlər var ki, adi baxışı həyata keçirmək üçün istənilən sayda kameralar quraşdırmaq olar. Amma bunun heç bir müsbət nəticə ola bilməz və olmayacaq da”.

Modern.az