XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 15:13

Kremldən rəsmi açıqlama:"Ərdoğan olduqca vacib addım atdı, lakin..."

putin-erdogan-88.jpg

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə məktubu ilə  münasibətlərin yaxşılaşması üçün olduqca vacib addım atıb. Lakin bu, bir neçə günə həll ediləcək problem deyil».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Putinə təyyarə insidentinə görə üzrxahlığını şərh edərkən deyib: «Bilirsiniz ki, Rusiya tərəfi, eləcə də prezident Putin Türkiyə və türk xalqı ilə dostluq münasibətlərini dəstəklədiyini dəfələrlə dilə gətirib. Eyni zamanda bu münasibətlərin necə normallaşa biləcəyini də açıqlayıb».