XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 18:44

Erməni məkri, yoxsa həqiqətənmiQarabağda müşahidə kameraları qurulur?

 

Frank-Valter

Almaniya xarici işlər naziri Frank-Valter Ştanmayer sabah İrəvana gedəcək. Almaniya Federal Məclisində 1915 hadisələrini soyqırım olaraq tanıyan qərarın qəbulu və ötən həftəsonu Papa Françeskonun İrəvanı ziyarətinin ardından Ştanmayerin bu səfəri maraq doğurur.

Strateq.az-ın alman xəbər agentliyi DW-nin məlumatına istinadən bildirdiyinə görə, ATƏT builki sədri olan Almaniyanın xarici işlər nazirinin səfəri zamanı müzakirələrdə Dağlıq Qarabağ probleminin önə çıxması gözlənilir.

Ermənistan prezidenti Serj Sarkisyan, Ştanmayerin səfəri öncəsində alman xəbər agentliklərindən birinə açıqlamasında bu ümidlərini açıq ifadə edərək deyib:

“ATƏT-dən Azərbaycanla müzakirələri irəliyə aparmasını gözləyirik. Atəşkəs pozuntularına qarşı bir müşahidə mexanizmi qurulmasını istəyirik. Ştanmayerdən bu məsələnin necə həll olunacağını soruşmaq istəyirik”.

Qeyd edək ki, bir müddət əvvəl Prezidentlərin Vyana görüşündə təmas xətti boyunca müşahidə qurğularının quraşdırılması mövzusu gündəmə gəlmiş, Azərbaycanın bir sıra siyasiləri buna qarşı çıxmışdılar. Səbəb isə Azərbaycanın dövlət sərhədləri daxilində müşahidə qurğularının quraşdırılmasının suverenlik hüquqlarımızı şübhə altına almaq mənasına gəlməsi idi. Daha sonra dövlət rəsmilərimiz bu şübhələrin yersiz olduğunu bildirmişdilər.

ATƏT-in builki sədri Almaniya xarici işlər nazirinin Ermənistana səfəri zamanı Sarkisyanın yenidən həmin məsələsini müzakirə edəcəklərini bildirməsi Azərbaycan ictimaiyyətini çaşdırmaq və narazılıq yaratmaq məqsədilə ortaya atılmış təxribat xarakterli dezinformasiya da ola bilər. Rəsmi Bakı erməni məkrinin qarşısını almaq üçün iddianın nə qədər doğru olub-olmadığı barədə Almaniyadan məlumat istəməli və bunu ictimaiyyətlə bölüşməlidir.

Heydər Oğuz

Strateq.az